ABŞ-nin İrana qarşı dəniz blokadası neftin qiymətlərini bir barel üçün 140 dollara çatdıracaq.
"Yeni Sabah" xəbər verir ki, bunu İran parlamentinin spikeri və ABŞ danışıqlar heyətinin rəhbəri Məhəmməd Baqir Qalibaf bildirib.
"Bu, ABŞ administrasiyasının [ABŞ Maliyyə Naziri Skott] Bessent kimi insanlardan aldığı faydasız məsləhətlərdən biri idi, onlar da [İrana qarşı] blokadanı gücləndirir və neftin qiymətlərini 120 dollara və daha yuxarıya çatdırıblar. Növbəti dayanacaq: 140 dollar", - deyə o, "X"-də yazıb.
Qalibaf qeyd edib ki, ABŞ-nin problemi nəzəriyyə deyil, düşüncədir.
Telegram kanalımız