Azərbaycandakı İT şirkətlərindən “Evdə Qal” kampaniyasına dəstək

Azərbaycandakı İT şirkətlərindən “Evdə Qal” kampaniyasına dəstək

Rəqəmsal Veb saytların hazırlanması

26 Mart 2020 20:13 1821


Azərbaycanda fəaliyyət göstərən bir neçə İnformasiya Texnologiyaları (İT) şirkəti Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) #evdəqal həştəqi ilə başlatdığı kampaniyaya dəstək nümayiş etdirib.

Yenisabah.az bildirir ki, dəstək mətnində deyilir:

''Azərbaycanda fəaliyyət göstərən İnformasiya Texnologiyaları (İT) şirkətləri olaraq Ümumdünya Səhiyyə sahəsində yaranan fövqəladə vəziyyət, o cümlədən Azərbaycanda da yayılan pandemiya, ölkədə online xidmətlərin daha da güclənməsinə zərurət yaratmaqdadır. Biz Azərbaycanda fəaliyyət göstərən İT şirkətləri olaraq öz milli məsuliyyətimizi dərk edir və ehtiyac zərurəti duyulan bütün istiqamətlərdə ölkəmizə təmannasız xidmət etməyə hazırıq.

     Əminəm ki, ölkəmiz bu sınaqdan üzü ağ və ən az zərərlə çıxacaqdır. Əziz həmvətənlərim, “EvdəQal” tövsiyəsinə əməl edək. Dünya növbəti ciddi bir sağlamlıq sınağından keçməkdədir. Bu vəziyyət bütün ölkələr üçün həyatda qal mübarizəsidir. Bildiyiniz kimi, bir çox ölkədə vəziyyət çox ciddi, çox ağırdır. Ölkə Rəhbərliyinin uzaqgörənliyi sayəsində Azərbaycan bu pandemiyaya ilk reaksiya verən və özünü izolasiya edən ölkələrdən olmuşdur və xəstəlik ölkəmizə güclü nüfuz edə bilməmişdir. Hal-hazırda yaranmış xüsusi karantin rejimi insanların kütləviləşməsini və sosial fəaliyyətlərini məhdudlaşdırmışdır. Səbrli olaq, mümkün qədər işlərimizi online formada və mobil sistemlərlə həll etməyə çalışaq. Hər birinizə sağlam həyat, ruh dincliyi və qəlb rahatlığı arzu edirik.'' 

     Hörmətlə: Elvin ABBASOV

Qeyd edək ki, kompaniyaya aşağıdakı İT şirkətləri qoşulub:

TimeSoft – Elvin Abbasov

Ultra Technologies – Abdul Qurbanov

GT Solutions – Elxan Həsənov

Virtual Azərbaycan Qrup of Kompani – Esmira Həsənbəyova

ITech Group – İlqar Əzizov

Smart Systems Technology – Firidun Əkbərov

TRONIQ – Anar Nəbiyev

Azlocation MMC – Namiq Əliyev

Datum MMC – Anar Ismayılov

Maxtexno – İlqar Cəfərov

FROMAE – Fəxri Ələkbərov

İNTEGRİS - Ceyhun Zeynalov

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!