2026-cı il iyulun 1-nə Azərbaycanda əhalinin sayı 10 milyon 273 min 450 nəfərə çatıb.
"Yeni Sabah" xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ilin əvvəlindən ölkə əhalisinin sayı 11 099 nəfər və ya 0,1 faiz artıb.
Əhalinin 2 milyon 356,8 min nəfəri Bakı şəhərinin payına düşüb. Dominos pizza
İqtisadi rayonlar üzrə ən yüksək əhali sayı Lənkəran-Astara iqtisadi rayonunda qeydə alınıb. Bu iqtisadi rayonda 951,5 min nəfər yaşayır.
Abşeron-Xızı iqtisadi rayonunda əhalinin sayı 880,7 min, Qarabağ iqtisadi rayonunda isə 752,3 min nəfər təşkil edib.
Digər iqtisadi rayonlarla müqayisədə ən aşağı göstəricilər Dağlıq Şirvan və Şərqi Zəngəzur iqtisadi rayonlarında qeydə alınıb. Dağlıq Şirvanda əhalinin sayı 325,3 min, Şərqi Zəngəzurda isə 304,3 min nəfər olub.
Beləliklə, rəsmi rəqəmlər Azərbaycanın regionlarında əhalinin qeyri-bərabər bölündüyünü və iqtisadi rayonlar arasında əhali sayına görə ciddi fərqlərin olduğunu göstərir.
Aytac Əliyeva
Telegram kanalımız