Azərbaycanın ən isti rayonu:   43.2 dərəcə...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın ən isti rayonu: 43.2 dərəcə...

Sosial

18 Yanvar 2024 13:05 7650


2023-cü ildə Azərbaycanda ən yüksək temperatur 43.2 dərəcə olub və Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində qeydə alınıb. 

Yenisabah.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

Onun sözlərinə görə, ötən il paytaxt Bakıda isə ən yüksək temperatur - 41 dərəcə Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb. pizza mizza

G.Məmmədova həmçinin regionlarda da 40 dərəcədən çox temperaturun qeydə alındığı rayonların adlarını açıqlayıb: “Zərdabda 42.8, Şərurda 42.7, Ordubadda 42.6, Kürdəmirdə 42.4, Naxçıvanda 41.8, Ağstafada isə 40.9 dərəcə yüksək temperatur qeydə alınıb”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!