Azərbaycanın tranzit imkanları genişlənir –   yeni rəqəmlər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanın tranzit imkanları genişlənir – yeni rəqəmlər

İqtisadiyyat

19 Avqust 2026 09:52 59


Bu ilin ilk yarısında nəqliyyat dəhlizləri vasitəsilə Azərbaycan üzərindən 16 milyon 651 min ton yük daşınıb. Həmin yüklərin 7 milyon 587 min tonu dəmir yolu, 3 milyon 365 min tonu dəniz, 5 milyon 699 min tonu isə avtomobil nəqliyyatının payına düşüb.

“Yeni Sabah” xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, hesabat dövründə Azərbaycan üzərindən daşınan yüklərin həcmində illik 3 faiz artım qeydə alınıb. Dominos pizza

Nəqliyyat dəhlizləri üzrə göstəricilərə gəlincə, Cənub-Qərb dəhlizi ilə 261,8 min ton, Şimal-Qərb dəhlizi ilə 2 milyon 623,3 min ton, Şimal-Cənub dəhlizi ilə 4 milyon 559,3 min ton, Şərq-Qərb dəhlizi ilə isə 9 milyon 207,4 min ton yük daşınıb. Şərq-Qərb dəhlizinin tərkibində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmi 4 milyon 595 min ton təşkil edib.

V.Bayramov qeyd edib ki, region üçün mühüm nəqliyyat istiqamətlərindən olan Şərq-Qərb dəhlizi vasitəsilə daşınan yüklərin həcmi 10 faiz artıb. Onun fikrincə, bu artım dövlət gəlirlərinin yüksəlməsinə töhfə verməklə yanaşı, Azərbaycanın geoiqtisadi mövqeyini də daha da gücləndirir.

Deputat bildirib ki, Zəngəzur dəhlizi və TRİPP-in istifadəyə verilməsindən sonra Azərbaycan üzərindən daşınan yüklərin həcmində daha yüksək artımlar gözlənilir.

O vurğulayıb ki, yeni düzən kontekstində beynəlxalq yükdaşımalar Azərbaycanın valyuta gəlirlərinin artmasına töhfə verməklə yanaşı, qeyri-neft-qaz sektorunun aparıcı istiqamətlərindən birinə çevrilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!