İran mümkün hücuma qarşı sərt mövqe nümayiş etdirib.
“Yeni Sabah” xəbər verir ki, İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının sözçüsü Həsən Kaşkəvi ölkəsinə qarşı mümkün hücuma veriləcək cavabın qısamüddətli və məhdud olmayacağını bildirib.
Onun sözlərinə görə, müharibəni qarşı tərəf başlada bilər, lakin onun nə vaxt və necə başa çatacağına İran qərar verəcək. Sərfəli qiymətə məhsullar
Kaşkəvi qeyd edib ki, İran müdafiə və hücum imkanlarını əhəmiyyətli dərəcədə inkişaf etdirib. O vurğulayıb ki, ölkəsinə qarşı qısamüddətli hücum olacağı təqdirdə Tehran cəmi bir neçə gün davam edəcək məhdud əməliyyatla kifayətlənməyəcək.
İran rəsmisi qarşı tərəfin hərəkətə keçəcəyi təqdirdə bir sıra sürprizlərlə üzləşəcəyini də deyib.
“Biz daim hazır vəziyyətdə olmalıyıq. Lakin hücumu başladan tərəf biz deyilik, müdafiə mövqeyindəyik. İran artıq müəyyən çəkindirmə gücü formalaşdırıb. Hazırda müharibə vəziyyətindəyik”, – deyə Kaşkəvi bildirib.
O, həmçinin İran ərazisinə qarşı hücumlarda öz ərazilərindən istifadəyə icazə verən ölkələrin təzminat ödəməli olduğunu iddia edib.
Telegram kanalımız