Prezidentliyinə namizəd naziri təlxək və dəli adlandırdı

saytların hazırlanması

Evə çatdırılma

Prezidentliyinə namizəd naziri təlxək və dəli adlandırdı

Dünya

15 Noyabr 2026 23:24 48


Fransa prezidentliyinə namizəd Nikola Düpon-Enyan hazırkı xarici işlər naziri Jan-Noel Barrotu sərt tənqid edib.

AZƏRTAC xarici mətbuata istinadla xəbər verir ki, “Debout la France” partiyasının lideri respublikanın hazırkı xarici işlər naziri Barrotun “təlxək və dəli” olduğunu bildirib. “Onlar hətta Ukraynanın əvvəllər necə olduğunu belə bilmirlər. Onlar Böyük Yekaterinanı tanımırlar. Heç nə bilmirlər. Bizim heç nəyimiz yoxdur, sıfır. Xarici işlər nazirini görmüsünüzmü? Bir təlxək, bir dəli”, - Düpon-Enyan deyib.

O, həmçinin əlavə edib ki, Barrot onu məhkəməyə verə bilər. Lakin siyasətçi dediklərinin böhtan deyil, fakt olduğunu açıqlayıb. “Avropa Ukraynadakı münaqişəyə qarışmaqla dünyanın gülüş hədəfinə çevrilib. Bu, əsrin ən böyük geosiyasi səhvinə çevrilib”, - deyə o vurğulayıb. Online shopping Azərbaycan


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!