Futbolçunun faciəvi ölümündən sonra yoxlamalar başlandı

saytların hazırlanması

Evə çatdırılma

Futbolçunun faciəvi ölümündən sonra yoxlamalar başlandı

İdman

15 Noyabr 2026 23:07 32


İngiltərə Premyer Liqası, Futbol Liqası (EFL) və Qadınlar Superliqası (WSL) stadionlardakı meydança kənarlarının təhlükəsizliyini yenidən qiymətləndirir.

QOL.az xəbər verir ki, “BBC Sport”un məlumatına görə, buna ötən il “Arsenal”ın sabiq akademiya futbolçusu Billi Viqarın ölümü səbəb olub.

Məlumata görə, futbol qurumları klublar arasında maneələrin materialı, meydança ilə divarlar arasındakı məsafə və digər təhlükəsizlik məsələləri ilə bağlı sorğu keçirib. Riskin yüksək olduğu stadionlarda əlavə təhlükəsizlik qiymətləndirmələrinin aparılması tövsiyə olunub. Məişət texnikası

Xatırladaq ki, 21 yaşlı futbolçu “Çiçester Siti”nin heyətində çıxış edərkən meydançanın ətrafındakı beton divara çırpılıb. Aldığı ağır beyin zədəsindən beş gün sonra vəfat edib.

Qeyd edək ki, Viqarın ölümü ilə bağlı polis araşdırması davam edir. Futbolçunun valideynləri İngiltərə Futbol Assosiasiyasını (FA) faciənin qarşısını ala biləcək xəbərdarlıqları nəzərə almamaqda ittiham ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!