Rusiyadan xəbərdarlıq: Onlar nüvə sınaqlarını bərpa etsə...

saytların hazırlanması

Evə çatdırılma

Rusiyadan xəbərdarlıq: Onlar nüvə sınaqlarını bərpa etsə...

Dünya

15 Noyabr 2026 22:11 45


Rusiya nüvə sınaqlarını bərpa etmək niyyətində deyil, lakin ABŞ və ya digər ölkələrin bu cür hərəkətlərinə cavab olaraq müvafiq tədbirlər görəcək.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib.

“Əlbəttə ki, nüvə sınaqlarının bərpası ehtimalını tamamilə inkar etmək həddindən artıq nikbin olardı. Amma əminəm ki, nüvə güclərinin məsuliyyətli yanaşması ilə belə bir ssenarini istisna etmək üçün hər fürsət mövcuddur. Ölkələrin könüllü milli moratoriumlara ciddi şəkildə riayət etməsi vacibdir. Rusiyanın da məhz bu mövqeyi var, amma Rusiya Prezidenti Vladimir Putinin də qeyd etdiyi kimi, ABŞ və ya digər dövlətlər nüvə sınaqları keçirərsə, ölkəmiz də adekvat cavab tədbirləri görməli olacaq”. Bakıda online alış-veriş


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!