Salyanda dəhşətli qəza: Ana və qızı...

saytların hazırlanması

Evə çatdırılma

Salyanda dəhşətli qəza: Ana və qızı...

Hadisə

15 Noyabr 2026 22:32 61


Salyanda avtomobil yoldan çıxaraq aşıb, ana və qızı xəsarət alıb.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə Ələt–Astara magistral yolunun Salyan rayonunun ərazisindən keçən hissəsində baş verib.

İdarəetmədən çıxan “Hyundai Avante” markalı minik avtomobili yolun kənarına aşıb. Sərfəli qiymətə məhsullar

Qəza nəticəsində avtomobildə olan Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Ağayeva Almagül Həsənağa qızı və Biləsuvar rayon sakini, 1981-ci il təvəllüdlü Ağayeva Nailə Böyükağa qızı xəsarət alıblar.

Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının köməyi ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qeyd edək ki, xəsarət alan şəxslər ana və qızıdır.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!