Azərbaycanlı tələbələr Rusiyada peyvənd oluna bilər - Nazir

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlı tələbələr Rusiyada peyvənd oluna bilər - Nazir

Sosial

20 Avqust 2021 14:45 708


"Yetkin əcnəbi tələbələr Rusiya universitetlərinə qayıtmaqla koronavirusa qarşı peyvənd oluna bilərlər".

Yenisabah.az xəbər verir ki, Rusiya Federasiyasının elm və ali təhsil naziri Valeri Falkov bildirib.

Daha əvvəl nazirlik, Rusiya universitetlərinin bütün xarici tələbələrinin təhsil almaq üçün Rusiya Federasiyasına qayıda biləcəklərini, ölkəyə giriş alqoritminin hazırlandığını və təsdiqləndiyini açılayıb. Dördpendirli pizza

"Əcnəbi tələbələr arasında hələ də peyvənd olunmayan varsa, belə bir istək dilə gətirilsə, Rusiya universitetləri, əlbəttə, bu fürsəti təmin edəcək", - deyə nazir "Rossia 24" telekanalına müsahibəsində bildirib.

Rusiyada hazırda 25 ölkədən 300 minə yaxın əcnəbi tələbə təhsil alır.

Moskva, Sankt Peterburq da daxil olmaqla, Rusiyanın müxtəlif universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı 15 mindən çoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!