Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycanlıların idarə etdiyi daha bir gəmi vuruldu

Dünya

10 İyul 2026 23:34 85


İyulun 10-u Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Azov dənizində gəmilərə dronlarla həyata keçirdiyi hücumlar zamanı azərbaycanlıların idarə etdiyi bir gəmiyə də zərbə endirilib.

"Yeni Sabah" xəbər verir ki, dron hücumu nəticəsində “Turbo Sem” adlı gəminin ön tərəfi, üstü zədələnib, arxa lövbəri qopub.

“Turbo Sem” quru yük gəmisidr, Komor adaları bayrağı altında üzür, dron hücumu zamanı Azov limanında dayanıbmış. Sezar pizza

Gəminin kapitanı, kapitan köməkçiləri və digər heyət üzvlərinin hamısı azərbaycanlıdır.

Xoşbəxtlikdən “Turbo 7”də heç kim yaralanmayıb.

“Turbo 7” dron zərbəsinə məruz qalmamışdan əvvəl gəmidəki azərbaycanlılar ətrafdakı gəmilərə hücumları videoya çəkməklə məşğul imişlər.

Xatırladaq ki, iyunun 5-i Azov dənizində dron hücumları zamanı azərbaycanlıların idarə etdiyi “Natra” və “Zirkon” adlı yük gəmiləri vurulmuş, 25 nəfər Azərbaycan vətəndaşından 4-ü, o cümlədən hər iki gəminin kapitanı həlak olmuş, bir neçə nəfər yaralanmışdı./Axar.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!