“Azərişıq” Rus Borisində yenidənqurma işləri apardı

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq” Rus Borisində yenidənqurma işləri apardı

Sosial

26 Avqust 2021 11:49 1058


“Azərişıq” ASC Goranboy EŞ –nin xidməti ərazisində yerləşən, ucqar dağ kəndləri olan Rus Borisi və Buzluqda yenidənqurma işləri görüb. 

Rus Borisi kəndində əsas problemlərdən biri meşənin içərisindən keçən köhnə 10 kV-luq xətt olub. Yeni layihə əsasında xətt meşə ərazisindən çıxarılaraq yol kənarı ilə 6 km məsafədə metal dayaqlarla yenidən inşa olunub. Kənd  daxilində 4500 metr izolyasiyalı naqillərlə 0,4 kV-luq xətt çəlilib, 2 ədəd transformator məntəqəsi yenisi ilə əvəz olunub.

Buzluq kəndi daxilində 5500 metr izolyasiyalı naqil və  200 ədəd metal dayaqdan istifadə olunub. 10 kV  şəbəkə yenidən qurulub. 2 ədəd transformator məntəqəsi yenisi ilə əvəz edilib. Marqarita pizza

Qeyd edək ki, Goranboy rayonu Rus Borisi və Buzluq kəndlərinin elektrik təsərrüfatı keçən əsrin 60-cı illərində qurulub. Elektrik təchizatının yaxşılaşdırılması işləri başa çatdıqdan sonra ümumilikdə 300-dək abonent dayanlıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunub.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!