“Azərişıq“ sədri sabah Ağdaşda vətəndaşları qəbul edəcək

saytların hazırlanması

Evə çatdırılma

“Azərişıq“ sədri sabah Ağdaşda vətəndaşları qəbul edəcək

Sosial

13 Oktyabr 2022 13:06 812


"Azərişıq" ASC-nin sədri Vüqar Əhmədov oktyabrın 14-də saat 10:00-da Ağdaş şəhərində Ağdaş və Göyçay rayonlarından olan vətəndaşları qəbul edəcək. Qəbul Ağdaş şəhəri, Xiyabani küçəsi 2 ünvanında yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Yenisabah.az xəbər verir ki, qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.

Qəbulda iştirak etmək istəyən şəxslər Ağdaş Elektrik Şəbəkəsinə və ya "Azərişıq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə info@azerishiq.az elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər. Sezar pizza

Vətəndaşların diqqətinə çatıdırırıq ki, qəbulda müraciətlər yalnız “Azərişıq” ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!