Azərbaycanın "AzerTelecom" və Ermənistanın "Telecom Armenia" şirkətləri Ermənistan üçün Azərbaycan vasitəsilə beynəlxalq internet bağlantısı haqqında müqavilə imzalayıblar.
"Müqavilənin bir hissəsi olaraq, AzerTelecom öz infrastrukturundan istifadə edərək Ermənistana internet trafikinin tranzitini təmin edəcək. Müqavilə rabitə marşrutlarını şaxələndirmək, telekommunikasiya şəbəkələrinin etibarlılığını artırmaq və regional əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır", - "AzerTelecom" açıqlamasında bildirib.
Erməni operatorunun məlumatına görə görə, müqavilə ona beynəlxalq internet trafikinin coğrafiyasını genişləndirməyə və öz infrastrukturu vasitəsilə Azərbaycana tranzit təmin etməyə imkan verəcək. Marqarita pizza
"AzerTelecom" "NEQSOL Holding"-in bir hissəsidir.
"Telecom Armenia" (Team Telecom Armenia kimi brendləşdirilib) Ermənistanda telekommunikasiya və informasiya texnologiyaları sektorunda liderdir. Ölkə daxilində mobil və sabit internet, rəqəmsal televiziya, mobil və sabit telefon xidmətləri təqdim edir. Şirkət həmçinin DWDM şəbəkəsini təkmilləşdirib və modernləşdirib və Yaxın Şərq tranzit və internet satış bazarına çıxış təmin edib.
Telegram kanalımız