Bakı ağappaq oldu: Güclü qar yağır

saytların hazırlanması

Evə çatdırılma

Bakı ağappaq oldu: Güclü qar yağır

Sosial

14 Yanvar 2024 07:37 1440


Ötən gecədən başlayaraq paytaxt Bakıya qar yağır.

“Yeni Sabah” bildirir ki, qar bütün Abşeron ərazisini ağ rəngə boyayıb. Qar səbəbindən yollarda sürət həddi azaldılıb. Hazırda yağıntı davam edir.

Bildirək ki, ETSN Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, yanvarın 14-də Bakıda və Abşeron yarımadasına yağacaq qarın gecə və səhər bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Gecə və səhər duman olacaq. Arabir güclənən şimal-şərq küləyi gündüz mülayimləşəcək.  Dördpendirli pizza

Havanın temperaturu gecə 0-3° şaxta, gündüz 0°-yə yaxın, axşam 1°-dək şaxta olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq. 

Sabah Azərbaycanın rayonlarında arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Bəzi rayonlarda arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. 

Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti, dağlarda gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacaq. 

Gecə və səhər dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı ehtimalı var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!