Bakı metrosundan futbol açıqlaması

saytların hazırlanması

Evə çatdırılma

Bakı metrosundan futbol açıqlaması

Sosial

11 İyul 2022 14:39 1064


İyulun 12-də “Qarabağ” Futbol Klubu UEFA Çempionlar Liqası turnirinin I təsnifat mərhələsi çərçivəsində keçiriləcək cavab qarşılaşmasında meydana çıxacaq.

Bakı Metropoliteinindən “Yeni Sabah”a daxil olan xəbərə görə, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanılacaq oyuna tamaşaçı marağını nəzərə alaraq, Bakı metropoliteninin iş rejimində müvafiq dəyişiklik edilməsi nəzərdə tutulub.

Metropolitenin əvvəlcədən elan edilmiş istirahət günü qrafikinə baxmayaraq, sərnişinlərin təhlükəsiz və rahat daşınması məqsədilə Respublika stadionunda keçirilən kütləvi tədbirlər zamanı metropolitenin müvafiq əməliyyat planı əsasında bir sıra tədbirlər görüləcək. Sezar pizza

Görüşün keçiriləcəyi idman arenasının yaxınlığında yerləşən “Gənclik” stansiyası oyunun başlanma saatı ərəfəsində gücləndirilmiş iş rejimi şəraitində çalışacaq. Bu xxüsusda əlavə işçi qüvvəsi ayrılmaqla növbətçilik cədvəli tərtib olunacaq, nəzarət mexanizmləri gücləndiriləcək. Həmçinin “Nəriman Nərimanov” və “28 May” stansiyalarında müvafiq ehtiyat tədbirlər nəzərə alınacaq.

Xəttə buraxılmaq üçün nəzərdə tutulmuş ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!