Bakı Qızlar Universiteti bağlanır? - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakı Qızlar Universiteti bağlanır? - VİDEO

Sosial

25 İyul 2026 19:11 191


Məlum olduğu kimi, Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə institusional akkreditasiya qiymətləndirilməsinin yekun nəticəsi “uyğun deyil” olaraq qiymətləndirilib.

"Yeni Sabah" xəbər verir ki, universitetlə bağlı Nazirlər Kabinetinin 28 sentyabr 2010-cu il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”na uyğun müvafiq tədbirlərin görülməsi barədə qərar qəbul olunub.

Bunun ardınca təhsil olcağının fəaliyyətini dayandıracağı haqda media subyektlərində xəbərlər yayılıb. pizza mizza

Məsələ ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyindən bildirilib ki, sözügedən ali məktəblə bağlı quruma hələlik heç bir müraciət ünvanlanmayıb.

Tələbələr isə yayılan xəbərlər öz təsdiqini tapdığı halda diplomlarının tanınıb-tanınmayacağı, habelə, təhsillərini necə davam etdirəcəkləri ilə bağlı narahatlıq içindədirlər.

Ətraflı “Baku TV”nin videomaterialında:
 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!