Bakı-Tbilisi-Bakı sərnişin qatarına biletlərin minimum və maksimum qiymətləri açıqlanıb.
Bu barədə “Yeni Sabah”a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Vaqonlar 3 qrupa bölünüb: komfort, komfort+ və lüks. pizza
Komfort sinfində Bakıdan Tbilisiyə qədər biletin qiyməti 81 manat müəyyənləşdirilib.
Komfort+-da bir biletin qiyməti 117 manatdır. Lüksda isə biletin qiyməti 180 manat təşkil edir.
Komfort vaqon üzrə qiymətlər:
Bakı-Tbilisi: 81
Yevlax-Tbilisi: 67
Gəncə-Tbilisi: 62
Ağstafa-Tbilisi: 57
Böyük Kəsik-Qardabani: 51
Komfort+ vaqon üzrə qiymətlər:
Bakı-Tbilisi: 117
Yevlax-Tbilisi: 94
Gəncə-Tbilisi: 86
Ağstafa-Tbilisi: 78
Böyük Kəsik-Qardabani: 68
Bu vaqonlarda rahat kupe oturacaqları, çarpayılar və vaqonun duş bölməsi mövcuddur.
Lüks vaqon üzrə qiymətlər:
Bakı-Tbilisi: 180
Yevlax-Tbilisi: 144
Gəncə-Tbilisi: 132
Ağstafa-Tbilisi: 120
Böyük Kəsik - Qardabani: 102
İki nəfərlik lüks kupe və şəxsi duş/sanitar qovşağı var.
Aytac Əliyeva
Telegram kanalımız