Bakı-Tbilisi qatarına bir gündə bu qədər bilet satıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakı-Tbilisi qatarına bir gündə bu qədər bilet satıldı

İqtisadiyyat

22 May 2026 10:48 161


Bakı-Tbilisi-Bakı marşrutu üzrə qısa müddətdə 1000-dən çox bilet satılıb.

Bu barədə "Yeni Sabah"a "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.

Bildirilib ki, ümumilikdə Bakıdan 400, Tbilisidən isə 500-dən artıq bilet satışı qeydə alınıb: Dördpendirli pizza

"Hazırda bilet alışına yüksək tələbat nəzərə alınaraq Bakıdan yola düşəcək ilk qatara 1 vaqon da əlavə edilib.Qeyd edək ki, Bakı-Tbilisi-Bakı marşrutu üzrə biletlərə yüksək tələbat fonunda bilet satışı sistemində və kassalarda müəyyən ləngimələr müşahidə olunur.Yaranmış müvəqqəti çətinliyə görə üzr istəyir və sərnişinlərimizdən anlayışla qarşılamalarını xahiş edirik".

Xatırladaq ki, bu marşrut üzrə qatarlar Bakıdan 25 may, Tbilisidən isə 26 may tarixində hərəkətə başlayacaq.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!