Bakıda ağır yol qəzası: Xəsarət alanlar var - Fotolar

Bakıda ağır yol qəzası: Xəsarət alanlar var - Fotolar

Hadisə Veb saytların hazırlanması

19 Sentyabr 2023 00:50 399


Bakının Nərimanov rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, qəza Fətəli Xan Xoyski prospektində qeydə alınıb.

Belə ki, hadisədə BMW və KIA markalı minik avtomobilləri toqquşub.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Qəzada iki nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım avtomobilləri ilə xəstəxanaya çatdırılıb. Hazırda yaralıların müayinəsi aparılır.

Hər iki minik maşına ciddi ziyan dəyib. Avtomobillər cərimə meydançasına yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır./APA

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!