Bakıda bu səndsiz evlər söküləcək - Xüsusi komissiya işləyir

saytların hazırlanması

Evə çatdırılma

Bakıda bu səndsiz evlər söküləcək - Xüsusi komissiya işləyir

Sosial

20 Aprel 2022 08:59 654


"O insanların ki, evləri hansısa elektrik naqillərinin altındadır, qaz və ya neft boru kəmərinin üzərində, yaxınlığındadır, onlara yəqin ki, sənəd verilməyəcək, onlar söküləcək. Amma qalanlarının sənədləri veriləcək".
 

Bu sözləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Vahid Əhmədov "redaktor.az"-a deyib.

O əlavə edib ki, bu ilin axırına bu məsələ öz həllini tapacaq: "Çünki bu məsələyə məsul olan dövlət orqanları bu iş üzərində dövlət başçısının göstərişinə uyğun olaraq işləyirlər. Yəni faktiki olaraq məsələlər öz həllini tapacaq. Amma müəyyən qədər vaxt lazımdır. Çünki sənədləşmə prosesində araşdırırlar ki, hansılara veriləcək, hansılara verilməyəcək”.

Millət vəkili əlavə edib ki, hazırda sənədsiz evlərlə bağlı Bakı Şəhər İcra Hakimiyyətində xüsusi komissiya işləyir. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!