Bakının Binəqədi rayonunda yol təmiri ilə əlaqədar sürücülər üçün hərəkət məhdudiyyəti tətbiq olunacaq.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ( AAYDA) məlumat yayıb.
Bildirilib ki, 28 sentyabr saat 21:00-dan etibarən Süleyman Sani Axundov küçəsinin Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində təmir işləri aparılacaq. pizza
Bununla əlaqədar qeyd olunan ərazidə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.
Sürücülərdən təmir işləri aparılan ərazidə diqqətli olmaları və tətbiq edilən məhdudiyyətləri nəzərə almaları xahiş olunur.
Aytac Əliyeva
Telegram kanalımız