“Sülh körpüsü”ndə növbəti görüş nə vaxt keçiriləcək?

saytların hazırlanması

Evə çatdırılma

“Sülh körpüsü”ndə növbəti görüş nə vaxt keçiriləcək?

Siyasət

16 Noyabr 2026 10:39 55


"Sülh körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin növbəti görüşü bu ilin sonuna qədər keçiriləcək.

"Yeni Sabah" Trend-ə istinadla xəbər verir ki, bunu təşəbbüsün Azərbaycan üzrə koordinatoru, Beynəlxalq Münasibətlər və Multikulturalizm Təhlili Mərkəzinin İdarə Heyətinin sədr müavini Fərhad Məmmədov bildirib.

Onun sözlərinə görə, görüş Ermənistanda keçiriləcək. Sərfəli qiymətə məhsullar

İlk görüş 21-22 oktyabr 2025-ci ildə İrəvanda baş tutub və dialoqun əsas istiqamətləri müəyyən edilib. Növbəti görüş 21-22 noyabr 2025-ci ildə hər iki ölkənin ekspertləri və QHT nümayəndələrinin iştirakı ilə Bakıda keçirilib.

Son görüş yeri isə (10-12 aprel) Qəbələ olub. Görüş zamanı dialoqun inkişafı və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa əlaqələrin qurulmasının asanlaşdırılması məsələləri müzakirə olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!