Bakının Sabunçu rayonunda 2 yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb.
"Yeni Sabah" "Teleqraf"a istinadən xəbər verir ki, hadisə rayonun Anaşkin küçəsində baş verib.
Məlumata görə, 2024-cü il təvəllüdlü A.İsmayılovun anası mağazaya gedərkən uşağı müvəqqəti olaraq qonşusuna tapşırıb. Qadın geri qayıtdıqda övladının pilləkəndən yıxılaraq öldüyünü görüb. Sezar pizza
Hadisədən sonra uşağın anası ilə qonşusu arasında əlbəyaxa dava düşüb.
Hadisə baş verən zaman uşağın atası işdə olub.
Azyaşlının hansı şəraitdə və hansı səbəbdən öldüyü araşdırılır.
Telegram kanalımız