Azərbaycan Məkkə konvensiyasına qoşulub - Baş prokuror

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan Məkkə konvensiyasına qoşulub - Baş prokuror

Sosial

28 Oktyabr 2026 17:20 118


Azərbaycan korrupsiyaya qarşı mübarizə üzrə Məkkə konvensiyasına qoşulub.

"Yeni Sabah" xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

"Bakıda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü yüksək səviyyəli görüşü keçirildi. Azərbaycan artıq korrupsiyaya qarşı mübarizə üzrə Məkkə konversiyasına qoşuldu. Yaxın zamanda bu konversiya ratifikasiya olunacaq", - Baş prokuror deyib. Toyuqlu pizza

Onun sözlərinə görə, bu konversiyanın müddəalarının Azərbaycan qanunvericiliyi çərcivəsində impelementasiyası həyata keçiriləcək.

Baş prokuror bildirib ki, Azərbaycanın bu konversiyasına məhz indi qoşulması çox böyük əhəmiyyət kəsb edir: “Növbəti ildən Azərbaycan bu təşkilata sədrlik edəcək. Bu dövr ərzində bütün sahələr üzrə, o cümlədən korrupsiyaya mübarizə sahəsində İƏT-ə üzv olan bütün dövlətlərlə əməkdaşlıq olacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!