Vens İranla danışıqları bərpa etmək üçün İran rəsmisinə məktub göndərdi

saytların hazırlanması

Evə çatdırılma

Vens İranla danışıqları bərpa etmək üçün İran rəsmisinə məktub göndərdi

Dünya

29 Oktyabr 2026 00:50 107


ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens prezident Donald Trampın tapşırığı ilə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi, həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) uzun müddət komandanı olmuş Möhsün Rzaiyə məktub göndərib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Məktubun məqsədi ABŞ ilə İran arasında danışıqları bərpa etmək və Konqresə aralıq seçkilərdən sonra ABŞ-ın İrana mümkün yeni zərbələrinin qarşısını almaqdır. pizza

Qeyd edək ki, Vaşinqton İranın nüvə proqramı ilə bağlı güzəştlər əldə etməyə, Tehran isə iqtisadi sanksiyaların yumşaldılmasına çalışır.\APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!