Borclular icra sənədlərində göstərilən tələbləri könüllü şəkildə yerinə yetirməlidirlər. Bu məqsədlə, məhkəmənin qərarında başqa müddət nəzərdə tutulmayıbsa, icraata başlanıldığı vaxtdan etibarən ən çoxu 10 gün müddət müəyyən edilir.
Bu barədə “Yeni Sabah”a Ədliyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, qanunvericiliklə və ya icra sənədi ilə dərhal icrası nəzərdə tutulan tələblər təxirə salınmadan yerinə yetirilməlidir. Pepperoni pizza
Qeyd olunub ki, icra sənədində satılmalı əmlak müəyyən edildikdə, borclu könüllü icra bildirişini aldıqdan sonra 7 iş günü ərzində həmin əmlakın açıq bazarda satılması üçün icra məmuruna müraciət edə bilər. Bu halda tələbin əmlakın açıq bazarda satılması yolu ilə könüllü icrası üçün 2 ay müddət müəyyən edilir.
Eyni zamanda, notarius tərəflərdən birinin müraciəti əsasında ipoteka predmetinin açıq bazarda satılması barədə notariat qaydasında təsdiqlənmiş müraciəti icra qeydi ilə birlikdə icra orqanına göndərdikdə də əmlakın açıq bazarda satılması yolu ilə tələbin könüllü icrası üçün 2 aylıq müddət müəyyən olunur.
Aytac Əliyeva
Telegram kanalımız