Bu işçilərə 2 aylıq maaş eyni anda veriləcək -   VACİB AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bu işçilərə 2 aylıq maaş eyni anda veriləcək - VACİB AÇIQLAMA

İqtisadiyyat

28 Oktyabr 2026 11:51 362


İşçilər ixtisara düşdükdə əmək stajından asılı olaraq orta aylıq əməkhaqqının iki mislinədək işdənçıxarma müavinəti ala bilərlər. Bundan əlavə, qanunvericiliklə müəyyən edilmiş hallarda xəbərdarlıq müddətinə görə də əlavə ödəniş nəzərdə tutulur.

“Yeni Sabah” xəbər verir ki, Əmək Məcəlləsinə əsasən, işçilərin sayının azaldılması və ya ştat vahidinin ləğvi zamanı əmək müqaviləsinə 70-ci maddənin “b” bəndi ilə xitam verilir. Bu halda işəgötürən işçinin əmək stajına uyğun olaraq onu əvvəlcədən xəbərdar etməlidir.

Belə ki, bir ilədək əmək stajı olan işçilərə azı iki təqvim həftəsi, bir ildən beş ilədək stajı olanlara dörd həftə, beş ildən on ilədək stajı olanlara altı həftə, on ildən çox stajı olanlara isə azı doqquz təqvim həftəsi əvvəlcədən rəsmi xəbərdarlıq edilməlidir. Toyuqlu pizza

İşdənçıxarma müavinətinin məbləği də əmək stajından asılıdır. Bir ilədək stajı olanlara orta aylıq əməkhaqqı, bir ildən beş ilədək stajı olanlara onun azı 1,4 misli, beş ildən on ilədək stajı olanlara azı 1,7 misli, on ildən çox stajı olanlara isə azı iki misli həcmində müavinət ödənilir.

Bununla yanaşı, xəbərdarlıq müddətində işçiyə hər iş həftəsi ərzində azı bir iş günü əmək funksiyasını yerinə yetirməkdən azad olunmaq hüququ verilir və həmin gün üçün əməkhaqqı saxlanılır.

İşəgötürən işçinin razılığı ilə xəbərdarlıq müddətini gözləmədən əmək müqaviləsinə xitam verə bilər. Bu zaman xəbərdarlıq müddətinin əvəzinə əlavə ödəniş edilir. İki həftəlik müddət üçün orta aylıq əməkhaqqının 0,5 misli, dörd həftə üçün 0,9 misli, altı həftə üçün 1,4 misli, doqquz həftə üçün isə iki misli həcmində ödəniş nəzərdə tutulur. Xəbərdarlıq müddətinin bir hissəsi keçibsə, ödəniş qalan müddətə uyğun hesablanır.

İxtisar zamanı işçilərin işdə saxlanılmasında onların ixtisası və peşəkarlıq səviyyəsi əsas götürülür. Bu göstəricilər bərabər olduqda isə qanunvericilikdə nəzərdə tutulan şəxslərə, o cümlədən şəhid ailəsi üzvlərinə, müharibə iştirakçılarına, öhdəsində iki və daha çox uşağı olanlara, müəyyən şərtlərlə əlilliyi olan şəxslərə, məcburi köçkünlərə və qaçqınlara üstünlük verilir.

Qanunvericilikdə hamilə qadınlar, üç yaşınadək uşağı olan qadınlar və digər qorunan kateqoriyalara aid şəxslərlə əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsinə dair məhdudiyyətlər də müəyyən edilib.

İxtisara düşən işçilərə xəbərdarlıq sənədinin tarixini yoxlamaq, sənədlərin surətini əldə etmək və bütün ödənişlərin düzgün hesablanmasını tələb etmək tövsiyə olunur. Hər hansı sənədi imzalamazdan əvvəl onun şərtlərini diqqətlə oxumaq və hüquqların pozulduğunu düşündükdə hüquqi yardım almaq vacibdir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!