Türkiyənin müdafiə naziri Rusiya və Ukraynaya xəbərdarlıq etdi

saytların hazırlanması

Evə çatdırılma

Türkiyənin müdafiə naziri Rusiya və Ukraynaya xəbərdarlıq etdi

Dünya

28 Oktyabr 2026 22:32 87


Türkiyənin müdafiə naziri Yaşar Güler Qara dənizdə ticarət gəmilərinə edilən intensiv hücumlardan narahat olduqlarını bildirib. O, Rusiya və Ukraynanı "ağıllı davranmağa" çağırıb və Türkiyəyə məxsus gəmilərə hücum ediləcəyi təqdirdə Ankaranın cavab vermək hüququnu özündə saxladığını vurğulayıb.

"Yeni Sabah" xəbər verir ki, nazir bu barədə Bolqarıstanın paytaxtı Sofiyada rumıniyalı və bolqarıstanlı həmkarlarının iştirakı ilə keçirilən təhlükəsizlik məsələlərinə dair görüşdə danışıb.

Güler bildirib ki, kommersiya gəmilərinin münaqişə zonasına daxil olmasının qarşısını almaq və mülki gəmilərə hücumları dərhal dayandırmaq məqsədilə hər iki tərəfə mütəmadi olaraq xəbərdarlıqlar edilir. Toyuqlu pizza

Qeyd edək ki, iyul ayından etibarən Qara dənizdə gəmilərə, eləcə də neft və taxıl ixracını təmin edən infrastruktura hücumlar intensivləşib.

Oktyabrın 28-də Bolqarıstan yaxınlığında daha bir ticarət gəmisi üç pilotsuz uçuş aparatının hücumuna məruz qalıb./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!