Şəmkirdə qonşular arasında dava: Bir nəfər bıçaqlanaraq öldürüldü

saytların hazırlanması

Evə çatdırılma

Şəmkirdə qonşular arasında dava: Bir nəfər bıçaqlanaraq öldürüldü

Kriminal

28 Oktyabr 2026 20:36 115


Şəmkir rayonunda qətl hadisəsi baş verib.

"Yeni Sabah" xəbər verir ki, hadisə rayonun Zəyəm qəsəbəsində qeydə alınıb.

1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq xəsarəti alıb. O, xəstəxanaya aparılarkən yolda həyatını itirib. pizza hut

İlkin məlumata görə, hadisəni 53 yaşlı qəsəbə sakini Sadıx İsmayılovun törətdiyi ehtimal olunur. Bildirilir ki, tərəflər qonşu olublar.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər.

Polisin keçirdiyi tədbirlər nəticəsində S.İsmayılov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır./Oxu.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!