“Real TV”nin əməkdaşlarını həmin məktəbin önündə döydülər   - ANBAAN GÖRÜNTÜLƏR

saytların hazırlanması

Evə çatdırılma

“Real TV”nin əməkdaşlarını həmin məktəbin önündə döydülər - ANBAAN GÖRÜNTÜLƏR

Hadisə

28 Oktyabr 2026 22:11 231


Bakının Yasamal rayonunda yerləşən 225 saylı orta məktəbdə “Real TV”nin əməkdaşlarına hücum olub.

“Yeni Sabah” xəbər verir ki, bu gün həmin məktəbin 7-ci sinif şagirdi dərs zamanı pəncərədən yıxılaraq həyatını itirib.

Telekanalın əməkdaşları hadisə ilə əlaqədar çəkiliş aparmaq üçün məktəbə gediblər. Lakin orta məktəbin qarovulçusunun təkidi ilə bir qrup şəxs məktəbin həyətində çəkiliş qrupuna hücum edib. Marqarita pizza

Hadisə nəticəsində televizyanın operatoru müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Jurnalistlər dərhal DİN-in “102” Xidmət Zəng Mərkəzinə məlumat veriblər və hadisə çevik qaydada nəzarətə götürülüb. Mətbuat nümayəndələrinə qarşı hüquqazidd əməl törətmiş şəxslər barəsində məsuliyyət tədbirləri görülür.

Məlumata görə polis tərəfindən saxlanılanlar var.

Araşdırma aparılır./Qafqazinfo

“Real TV”nin yaydığı həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!