DİQQƏT! Sabah bəzi yollar bağlanacaq

saytların hazırlanması

Evə çatdırılma

DİQQƏT! Sabah bəzi yollar bağlanacaq

Sosial

28 Oktyabr 2026 19:45 109


Bakının iki rayonunda yollarda təmir və yenidənqurma işləri aparılacaq, bəzi ərazilərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, oktyabrın 29-da saat 08:00-dan etibarən Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işlərinə başlanılacaq. Eyni zamanda, Nərimanov rayonunda Koroğlu Rəhimov və Təbriz küçələrinin kəsişməsində yolun hərəkət hissəsini genişləndirmək məqsədilə ayırıcı zolağın ləğvi işləri aparılacaq. Sezar pizza

Təmir və yenidənqurma işləri ilə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq ediləcək.

Sürücülərdən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!