Bakıda külək get-gedə güclənir: Əhaliyə daha bir MÜRACİƏT

saytların hazırlanması

Evə çatdırılma

Bakıda külək get-gedə güclənir: Əhaliyə daha bir MÜRACİƏT

Sosial

07 Sentyabr 2026 17:56 176


Fövqəladə Hallar Nazirliyi hazırda müşahidə olunan güclü küləklə əlaqədar əhaliyə təkrar müraciət edib.

“Yeni Sabah”ın məlumatına görə, nazirliyin müraciətində bildirilib ki, hazırda ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında güclü külək müşahidə olunur:

"Belə hava şəraitində müvafiq təhlükəsizlik qaydalarına riayət edilməməsi isə insan həyatı və sağlamlığı üçün təhlükə yaradır. Sezar pizza

Qeyd olunanları nəzərə alaraq Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmağı, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamağı tövsiyə edir. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir".

"Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!", - deyə müraciətdə qeyd edilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!