Bakıda leysan: Qəsəbələri su basdı, azyaşlı yaralandı - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda leysan: Qəsəbələri su basdı, azyaşlı yaralandı - Video

Sosial

10 Dekabr 2025 21:57 1612


Artıq bir neçə gündür ki, Azərbaycanda davam edən yağıntılı hava paytaxtın həyatını iflic edib. Bu gün Bakıda güclü leysan nəticəsində yolları su basıb, bir çox qəsəbələrdə hərəkət tam çətinləşib. Sakinlər evlərindən çıxmaqda belə çətinlik çəkdiklərini bildirirlər.

"Yeni Sabah" "Musavat.com"a istinadən xəbər verir ki, xüsusilə Türkan qəsəbəsində vəziyyət acınacaqlıdır. Qısa müddətdə yağan yağış qəsəbəni sözün əsl mənasında su altında qoyub. Hətta qəfil yaranan gölməçələrdən birində azyaşlı uşaq yıxılaraq xəsarət alıb və xəstəxanaya aparılıb.

Sakinlər vəziyyətin hər il təkrarlanmasından narazıdırlar. Onların sözlərinə görə, yağış yağan kimi qəsəbə keçilməz olur, yollar suya qərq edilir, evlərə dolan sular isə ciddi fəsadlar yaradır. Pepperoni pizza

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!