Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı

Sosial

22 Sentyabr 2026 15:31 266


Bakıda marketlərdə toyuq filesi tapılmır.

“Yeni Sabah” xəbər verir ki, bu fakt Oxu.Az-ın araşdırması zamanı ortaya çıxıb. Bir neçə məşhur marketlər şəbəkələrinə baxış keçirilsə də, file tapılmayıb. Soruşduqda isə market əməkdaşları "çoxdandır gətirilmir" cavabı veriblər.

Lakin məlum olub ki, əvvəllər 6-7 manata çox rahatlıqla tapılan bu məhsulu indi əldə etmək üçün sırf toyuq məhsulları mağazalarına yollanmaq lazımdır. Pepperoni pizza

Sözügedən mağazalara baş çəkərkən maraqlı mənzərənin şahidi olduq. File satışı həyata keçirilsə də, qiymət fərqi açıq nəzərə çarpır. Belə ki, hazırda ən ucuz file satışı 8.5 manatdan başlayır. Satıcılardan məhsulun 1 ay içində təxminə 1.5 manat bahalaşma səbəbini soruşanda, file ilə bağlı ciddi qıtlıq yaşanmasını göstərdilər.

Marketlərdən də bu məhsulun yoxa çıxma səbəbinin əslində qıtlıqla bağlı olduğu ehtimal edilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!