Bakıda marketlərə gözlənilməz hücumlarla bağlı   MƏLUMAT

saytların hazırlanması

Evə çatdırılma

Bakıda marketlərə gözlənilməz hücumlarla bağlı MƏLUMAT

Kriminal

15 Sentyabr 2026 12:02 93


Paytaxtda marketlərdən oğurluq edən 3 nəfər saxlanılıb.

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, Sabunçu rayonunda yerləşən marketlərdən silsilə oğurluqlar edilib. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən 30 yaşlı S. İbrahimzadə və 23 yaşlı X. Abbasov müəyyən olunaraq saxlanılıblar. pizza sifarişi

Araşdırmalar zamanı onların gecə saatlarında marketlərə daxil olaraq ümumilikdə 900 manat nağd pul və 4600 manat dəyərində tütün məmulatları oğurladıqları müəyyən edilib.

Bundan başqa, Binəqədi rayonunda marketlərdən birindən oğurluq etməkdə şübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkum olunmuş 26 yaşlı C. Cəlilzadə də müəyyən edilərək saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!