Minlərlə insanı SEVİNDİRƏN XƏBƏR -   Gözlənilən gün bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

Minlərlə insanı SEVİNDİRƏN XƏBƏR - Gözlənilən gün bəlli oldu

Sosial

13 Noyabr 2026 09:18 65


Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Bakı, Şirvan və Yevlax şəhərlərində yerləşən yaşayış komplekslərində ümumilikdə 1 049 mənzilin güzəştli şərtlərlə satışa çıxarılacağını elan edib.

“Yeni Sabah” xəbər verir ki, satış prosesi 16 dekabr 2026-cı il tarixində saat 11:00-da başlayacaq və saat 13:00-dək davam edəcək.

Mənzillər Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Binəqədi, Şirvan və Yevlax yaşayış komplekslərində yerləşir. Satışa çıxarılan mənzillərin bölgüsü belədir: İnternet mağaza

Binəqədi Yaşayış Kompleksi – 839 mənzil;

Şirvan Yaşayış Kompleksi – 201 mənzil;

Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi – 5 mənzil;

Yevlax Yaşayış Kompleksi – 4 mənzil.

Mənzillərin seçimi “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək. Yalnız sistemdə elektron kabineti olan vətəndaşlar satışda iştirak edə biləcəklər.

Qeyd edək ki, elektron kabinet sahibi olan vətəndaşların qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq mənzil seçimində hüquqları bərabərdir.

Bundan başqa, vətəndaşlar üçün gözləmə qaydasında mənzil seçimi də təşkil ediləcək. Bu proses dekabrın 16-da saat 12:00-da başlayacaq və saat 13:00-dək davam edəcək.

Satışa çıxarılan bütün mənzillər tam təmirli, mətbəx mebeli və kombi isitmə sistemi ilə təmin olunub. Mənzillərdə su, qaz və elektrik sayğacları da quraşdırılıb.

MİDA-nın məlumatına görə, yaşayış binaları dövlət tikinti normalarına uyğun inşa edilib. Mənzillərə dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışlar da mövcuddur.

“Güzəştli mənzil” sistemindən istifadə qaydaları ilə bağlı ətraflı məlumat və video təlimatlarla MİDA-nın rəsmi internet saytında tanış olmaq mümkündür.

Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:

Binəqədi Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:

Şirvan Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:

Yevlax Yaşayış Kompleksi üzrə satışa çıxarılmış mənzillər barədə ümumi məlumat:

Satış şərtləri və qiymətlər:

Bu elan çərçivəsində mənzillərin satışı Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi və Binəqədi Yaşayış Kompleksi üzrə yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə, Şirvan Yaşayış Kompleksi və Yevlax Yaşayış Kompleksi üzrə isə həm ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə nəzərdə tutulmuşdur.

Qeyd: “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”nın 5.6-cı bəndinə əsasən mənzilin dəyərinin ipoteka krediti hesabına ödəniş üsulunu yalnız ilkin razılıq qərarını alaraq elektron kabinetində yerləşdirilməsini təmin etmiş şəxs seçə bilər.

Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə:

4 otaqlı mənzillərin qiyməti – 118 800 manatdır.

Binəqədi Yaşayış Kompleksi üzrə:

3 otaqlı mənzillərin qiyməti – 98 415 manatdan başlayır,

4 otaqlı mənzillərin qiyməti –133 650 manat,

5 otaqlı mənzillərin qiyməti – 211 275 manatdır.

Şirvan Yaşayış Kompleksi üzrə:

2 otaqlı mənzillərin qiyməti – 54 815 manat,

3 otaqlı mənzillərin qiyməti – 69 160 manatdan başlayır,

4 otaqlı mənzillərin qiyməti – 93 765 manatdan başlayır.

Yevlax Yaşayış Kompleksi üzrə:

1 otaqlı mənzilin qiyməti – 43 225 manat,

3 otaqlı mənzillərin qiyməti – 70 490 manatdan başlayır,

4 otaqlı mənzilin qiyməti – 103 740 manatdır.

Qeyd: Mənzillərin satış qiymətinə ƏDV daxildir.

Vətəndaş mənzili Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun güzəştli ipoteka krediti vəsaiti hesabına aldıqda:

Şirvan Yaşayış Kompleksi üzrə:

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!