Bakıda “Prius” niyə dənizə düşüb? - SİRLƏR AÇILDI - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda “Prius” niyə dənizə düşüb? - SİRLƏR AÇILDI - VİDEO

Hadisə

12 Noyabr 2023 12:57 8427


“Prius” avtomobilini Xəzər dənizinə aşırmaq səhnəsilə gündəmə gələn Elmir Məmmədov Baku TV-nin qonağı olub.

“Yeni Sabah” xəbər verir ki, vizual effektlər (VFX) mütəxəssisi olan E.Məmmədov bu ideyanın necə yarandığı barədə məlumat verib:

“Bir çox xarici ölkədə layihələr həyata keçirmişəm, müsabiqələrdə iştirak etmişəm və qalib olmuşam. Azərbaycanda VFX sahəsində qıtlıq olduğuna görə ölkəmizdə inkişaf etməsini istərdim. Buna görə bu səhnəni təşkil etmək qərarına gəldim”. Marqarita pizza

Onun sözlərinə görə, videonu paylaşdıqdan sonra iki saat ərzində iki min baxış toplamışdı:

“Səkkiz saat ərzində bir milyon baxış var idi. 20 saniyəlik videodur. Buna təqribən üç həftə vaxtım gedib”.

Daha ətraflı süjetdə:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!