Bakıda qatar yolu keçmək istəyən piyadanı vurdu

saytların hazırlanması

Evə çatdırılma

 Bakıda qatar yolu keçmək istəyən piyadanı vurdu

Hadisə

31 Dekabr 2023 21:39 1330


Saat 20:05 radələrində ADY-yə məxsus sərnişin qatarı Bakıxanov-Sabunçu sahəsində hərəkətdə olarkən naməlum şəxs dəmir yolu xəttini müəyyən olunmamış yerdən qəfil keçməyə cəhd edib. 

“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) Yenisabah.az-a verilən məlumata görə, maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və həmin şəxs ağır xəsarətlər alıb. 

ADY bir daha piyadaları kritik təhlükəli zona hesab olunan dəmir yolu xətlərini yalnız müəyyən olunmuş yer və keçidlərdən istifadə etməklə keçməyə çağırıb:

“Unutmayın: "Yol Hərəkəti Haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət etmək hər bir vətəndaşın borcudur”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!