Hazırda metroda vəziyyət necədir? -   SON DƏQİQƏ AÇIQLAMASI

saytların hazırlanması

Evə çatdırılma

Hazırda metroda vəziyyət necədir? - SON DƏQİQƏ AÇIQLAMASI

Hadisə

23 Aprel 2026 15:14 206


Bakı Metropolitenində qatarların hərəkəti tam bərpa edilib. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə qurum məlumat yayıb. 

Bildirilib ki, hazırda metropolitendə sistem tam gücü ilə fəaliyyət göstərir və bütün xətlər üzrə hərəkət stabil şəkildə təşkil olunub. Qatarlar mövcud texniki imkanlar çərçivəsində ən sıx qrafiklə işləyir.

Eyni zamanda qeyd edilib ki, texniki sistemlər üzərində nəzarət gücləndirilib və monitorinq fasiləsiz davam etdirilir.

Qurumdan vurğulanıb ki, sərnişinlərin təhlükəsizliyi və rahatlığı hər zaman prioritet olaraq qalır.

Qeyd edək ki, aprelin 21-də saat 12:10 radələrində “Ulduz–Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb. Təhlükəsizlik məqsədilə bir sıra stansiyalarda sərnişinlərin təxliyəsi həyata keçirilib və metronun fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb. Buna görə də interval şənbə günü ilə eyniləşdirilmişdi.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!