Bakıda daha bir bazar sökülür - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda daha bir bazar sökülür - VİDEO

Sosial

13 Dekabr 2025 09:17 1538


Bakıda "Təkər aləmi" kimi tanınan bazar sökülür.

"Yeni Sabah" Xəzər TV-yə istinadla xəbər verir ki, uzun illərdir burada çalışan sahibkarlar artıq ərazini tərk etmələri barədə məlumatlandırılıblar.

Onların sözlərinə görə, ərazini boşaltmaları üçün onlara aprelin 30-na qədər vaxt verilib. Dominos pizza

Kompensasiya məsələsinə gəlincə qeyd olunub ki, obyektlərin müvəqqəti əraziyə köçürülməsi həyata keçirildiyi üçün onlar arasında hələ ki narazılıq yoxdur.

Sahibkarların məlumatına görə, söküntüdən sonra bazarın yerində ehtiyat hissələri üzrə yeni obyektlər inşa ediləcək. Onlara istədikləri təqdirdə tikinti başa çatdıqdan sonra həmin obyektdə fəaliyyət göstərə biləcəkləri deyilib.

Ərazi özəl mülkiyyətdədir. Lakin bazar rəhbərliyindən kamera qarşısında danışmaq istəyən kimsə olmadı. Sahibkarlar ümid edirlər ki, onlara deyilənlər vəd olaraq qalmayacaq, yəni bazarın yerində tikiləcək yeni obyektlərdə fəaliyyət göstərmələri üçün şərait yaradılacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!