Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
"Yeni Sabah" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.
Hazırda yollardakı vəziyyət belədir: pizza mizza
Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;
1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;
Mikayıl Əliyev küçəsi, Neft Emalı Zavodunun yanından "Koroğlu" metro stansiyası istiqamətində (dairəyə qədər);
Sabunçu-Zabrat şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;
Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində.
Sürücülərə yollardakı sıxlığı nəzərə almaları və mümkün olduqda alternativ istiqamətlərdən istifadə etmələri tövsiyə olunur.
Aytac Əliyeva
Telegram kanalımız