Zəfər Günü və Dövlət Bayrağı Günü ilə əlaqədar ardıcıl dörd qeyri-iş günündə Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə reyslər təşkil olunacaq.
Bu barədə “Yeni Sabah”a Azərbaycan Dəmir Yollarından (ADY) məlumat verilib.
Bildirilib ki, sərnişin tələbatını qarşılamaq məqsədilə noyabrın 7, 8, 9 və 10-da Bakı-Qəbələ-Bakı marşrutu üzrə həm gediş, həm də dönüş reysləri həyata keçiriləcək. pizza sifarişi
Biletləri ADY-nin rəsmi saytından, “ADY Mobile” tətbiqindən və dəmiryol kassalarından əldə etmək mümkündür.
Aytac Əliyeva
Telegram kanalımız