Bakıda və bölgələrdə TƏHLÜKƏ ANONSU -   Bu gün nə gözlənilir?

saytların hazırlanması

Evə çatdırılma

Bakıda və bölgələrdə TƏHLÜKƏ ANONSU - Bu gün nə gözlənilir?

Sosial

19 Oktyabr 2026 09:54 100


Oktyabrın 19-da Bakıda, Abşeron yarımadasında və respublikanın bir sıra bölgələrində gözlənilən güclü küləklə əlaqədar sürücülərə xəbərdarlıq edilib.

Bu barədə “Yeni Sabah”a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, güclü külək xüsusilə açıq ərazilərdə, körpülərdə, yolötürücülərində və magistral yollarda nəqliyyat vasitələrinin hərəkətinə ciddi təsir göstərə bilər. Küləyin qəfil istiqamət dəyişməsi avtomobilin idarə olunmasını çətinləşdirə, xüsusilə iri qabaritli və qoşqulu nəqliyyat vasitələri üçün təhlükəli vəziyyət yarada bilər. Marqarita pizza

Sürücülərə sürət həddini hava şəraitinə uyğun seçmək, ara məsafəsini artırmaq, qəfil manevrlərdən və sərt tormozlamadan çəkinmək tövsiyə olunur.

Eyni zamanda, avtomobillərin ağacların, reklam lövhələrinin, elektrik dirəklərinin və digər təhlükə yarada biləcək konstruksiyaların yaxınlığında saxlanılmamasının vacibliyi vurğulanıb.

Baş Dövlət Yol Polisi İdarəsi bütün hərəkət iştirakçılarını hava şəraitini nəzərə almağa, yollarda diqqətli və məsuliyyətli davranmağa çağırıb.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, oktyabrın 19-da Bakı və Abşeron yarımadasında, eləcə də ölkənin bir sıra bölgələrində güclü külək gözlənilir.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!