SON DƏQİQƏ: FHN 31 nəfəri xilas etdi – Ölənlər də var

saytların hazırlanması

Evə çatdırılma

SON DƏQİQƏ: FHN 31 nəfəri xilas etdi – Ölənlər də var

Hadisə

19 Oktyabr 2026 09:33 124


Ötən həftə ərzində Azərbaycanda baş verən yanğınlar, avtoqəzalar və digər hadisələrlə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri tərəfindən 31 nəfər xilas edilib. Xilas olunanlar arasında 8 azyaşlı da olub.

Bu barədə "Yeni Sabah"a FHN-dən məlumat verilib.

Bildirilib ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında aidiyyəti qurumlar tərəfindən həftə ərzində 149 yanğına çıxış edilib. Dominos pizza

Bundan başqa, 27 köməksiz vəziyyətdə qalma və 4 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ şəkildə söndürülüb, insanların həyatının xilas olunması təmin edilib.

Qeyd edək ki, müxtəlif hadisələrlə, o cümlədən bağlı qapı və avtoqəzalarla əlaqədar 4 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

Aytac Əliyeva


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!