Bu şəxslərin pensiyasına əlavələr olacaq -   Günün şad xəbəri

saytların hazırlanması

Evə çatdırılma

Bu şəxslərin pensiyasına əlavələr olacaq - Günün şad xəbəri

İqtisadiyyat

19 Oktyabr 2026 10:08 481


Milli Məclisdə “Əmək pensiyaları haqqında” Qanuna dəyişikliklər üçüncü oxunuşda qəbul edilib. Dəyişikliklər Azərbaycan Prezidenti tərəfindən təsdiqləndikdən sonra qüvvəyə minəcək və tətbiq tarixi cari ayın ilk günündən hesablanacaq.

“Yeni Sabah” xəbər verir ki, millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında yeni dəyişikliklərlə bağlı məlumat paylaşıb.

Onun sözlərinə görə, yeni qaydalara əsasən, dövlət qulluqçularının, Müdafiə Nazirliyinin hərbi qulluqçularının və digər xüsusi kateqoriyadan olan vətəndaşların pensiyalarına aylıq sabit əlavələr hesablanacaq. Dominos pizza

“İndiyədək bu şəxslərin pensiyaları əməkhaqqının məbləğinə uyğun müəyyənləşdirilirdisə, yeni sığorta mexanizmi ilə pensiya məbləği fərdi şəxsi hesabda toplanan yığıma əsasən hesablanacaq və üzərinə sabit əlavə olunacaq”, – deyə deputat bildirib.

V.Bayramov qeyd edib ki, xüsusi kateqoriyaya daxil olan vətəndaşın 100 min manat pensiya kapitalı varsa, onun 85 faizi – 85 min manatı fərdi hesabda nəzərə alınacaq. Bu məbləğ 144 aylıq gözlənilən pensiya ödənişi müddətinə bölünərək aylıq 590,2 manat pensiya məbləği müəyyən ediləcək. Yekun aylıq pensiya isə 590,2 manat və təyin olunacaq sabit əlavənin cəmindən ibarət olacaq.

Deputatın sözlərinə görə, qanundakı digər mühüm yenilik pensiya və əlavələrin tam elektron, proaktiv qaydada təyin edilməsidir.

“Vətəndaşlar heç bir dövlət qurumuna müraciət etmədən pensiya məbləğləri avtomatik müəyyənləşdiriləcək”, – deyə o vurğulayıb.

Aylıq sabit əlavələrin məbləği və pensiyaların təyin edilməsi üzrə səlahiyyətli qurum isə qanun təsdiqlənərkən imzalanacaq müvafiq Prezident Fərmanı ilə müəyyən olunacaq.

Cəlalə Cəlalqızı 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!