Paytaxt Bakıda, Nərimanov rayonu ərazisində yerləşən Nərimanov parkına girişi bu gündən bağlanıb.
“Yeni Sabah” xəbər verir ki, park ərazisində fəaliyyət göstərən restoran, kafe və çayxanaların, eyni zamanda attraksionların fəaliyyəti dayandırılıb. Parkın ətrafı tam olaraq hasara alınıb.
Məsələ ilə bağlı rayon İcra Hakimiyyətindən “Yeni Sabah”a bildirilib ki, Nərimanov Parkına giriş təmir məqsədi ilə dayandırılıb. Belə ki, parkda bu gündən əsaslı təmir işlərinə başlanıb. Açıqlamada qeyd olunur ki, aparılacaq əsaslı təmir işləri çərçivəsində parkda tamet-daş üzlüklərin dəyişilməsi, müasir oturacaqların quraşdırılması, fontan meydanının yenidən qurulması, yeni yaşıllıq sahələrinin yaradılması nəzərdə tutulur. Dördpendirli pizza
Eyni zamanda parkın ərazisində yerləşən ictimai-iaşə obyektlərinin fasadlarının müasir üslubda təmiri, yeni işıq dirəkləri, eləcə də uşaqların, gənclərin, həmçinin yaşlı nəslin asudə vaxtlarının səmərəli, sağlam və əyləncəli keçirmələri üçün idman qurğularının quraşdırılması, uşaq meydançası və istirahət guşələrinin yaradılması da planlaşdırılıb.
Abadlıq və təmir işləri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.
Rafi Müslümov




Telegram kanalımız