“Bank of Baku” ASC-nin 2026-cı ilin 2-ci rübündə açıqladığı son pul vəsaitlərinin hərəkəti hesabatı bankın fəaliyyət miqyasını kəskin genişləndirdiyini və maliyyə mövqeyini gücləndirdiyini göstərir.
“Yeni Sabah” xəbər verir ki, cari hesabat dövründə bankın toplaya bildiyi faiz gəlirləri əvvəlki dövrdəki 49.2 milyon manatdan 2 dəfədən çox artaraq 100.5 milyon manata yüksəlib. Aktiv böyümədə müştərilərə verilən kreditlərə ayrılan xalis pul vəsaiti 146.9 milyon manata (əvvəlki dövrdə 51.6 mln. manat) çatıb. Banka olan etibarın artması nəticəsində müştəri depozitləri və cari hesablar üzrə daxilolmalar təxminən 4 dəfə artaraq 181.6 milyon manat təşkil edib.
Kredit və depozit portfelinin genişlənməsi ilə yanaşı, bankın əməkhaqqı ödənişləri 8.9 milyon manatdan 24.2 milyon manata yüksəlib, həmçinin maliyyələşmə fəaliyyəti üzrə 12 milyon manatlıq borc öhdəliyi geri ödənilib. Ən diqqətçəkən məqam isə əməliyyat fəaliyyətindən xalis pul axınının mənfi 24.5 milyon manatdan müsbət 32.3 milyon manata keçməsidir. Dominos pizza
Bütün bu əməliyyatların nəticəsində “Bank of Baku” dövr ərzində pul vəsaitlərini 15.7 milyon manat artırmağa müvəffəq olub və dövrün sonuna olan ümumi likvidliyini (pul vəsaitləri və onların ekvivalentlərini) 97.4 milyon manata çatdırıb.
Cəlalə
Telegram kanalımız