Sosial şəbəkələrdə "Bank of Baku"nun tətbiq etdiyi yüksək nəqdləşdirmə komissiyası ilə bağlı vətəndaş narazılığı yayılıb.
“Yeni Sabah” xəbər verir ki, Baba Ələkbər adlı sosial şəbəkə istifadəçisi “AzBank klubu” qrupunda bankın ATM-indən 50 manat məbləğində nağd pul çıxararkən ondan 3.5 manat xidmət haqqı (komissiya) tutulduğunu bildirib. Paylaşılan ödəniş qəbzindən görünür ki, 13 sentyabr 2026-cı il tarixində həyata keçirilən "ATM nağdlaşdırma" əməliyyatı zamanı hesabdan ümumilikdə 53.5 manat silinib.
Məbləğin 7 foizinə bərabər olan bu komissiya tutulmasına etiraz edən vətəndaş bank rəhbərliyinə müraciət edərək bu qədər yüksək faiz dərəcəsinin hansı əsasla tutulduğuna aydınlıq gətirilməsini tələb edib. Dominos pizza
Nazim Hacıyev
Telegram kanalımız